"Liverpul" qapıçı axtarışındadır
“Liverpul” Yunanıstan millisinin qapıçısı Konstantinos Tzolakislə maraqlanır.
Sportline.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, mersisaydlıların “Hall Siti”nin qapıçısını Alisson Bekkerə mümkün əvəzləyici kimi nəzərdən keçirdiyini yazıb.
Məlumata görə, ingilislər 23 yaşlı qolkiper üçün 40 milyon funt sterlinq ödəməyə hazır ola bilərlər. Tzolakis yayda “Olimpiakos”dan “Hall Siti”yə keçib və yeni komandasında yaxşı təsir bağışlayıb.
Onun çıxışı “Tottenhem”in də diqqətini çəkib. Bununla belə, hazırda “Liverpul”un rəsmi təklif göndərdiyi barədə təsdiqlənmiş məlumat yoxdur.