"Tottenhem" və "Barselona" transfer yarışına girib - "Benfika" 100 milyon avro tələb edir

"Tottenhem" və "Barselona" Vangelis Pavlidisi transfer etməyə çalışır.

Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

"Benfika" 27 yaşlı forvard üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, V.Pavlidisin Portuqaliya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.