Solanke "Tottenhem"də qalmaq istəyir

"Tottenhem"in hücumçusu Dominik Solanke klubdan ayrılmaq fikrində deyil.

Sportline.az xəbər verir ki, bu haqda "Footy İnsider" nəşri məlumat yayıb.

29 yaşlı oyunçu dəyəri 25 milyon avrodur.

Qeyd edək ki, D.Solankenin "mahmızlar"la sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.