"Liverpul" 19 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir
"Liverpul" "Roma"nın futbolçusu Emmanuele Lullini transfer etməyə səy göstərir.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
19 yaşlı sağ cinah müdafiəçisinin dəyəri 8 milyon avrodur.
Qeyd edək ki, E.Lullinin "Roma" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.