Alman futbolçu "Real Madrid"in diqqət mərkəzindədir
"Ştutqart"ın futbolçusu Finn Yelts karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Real Madrid" 20 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Bu haqda "Diario As" nəşri məlumat yayıb.
Qeyd edək ki, F.Yelstin transfer qiyməti 35 milyon avrodur.