"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"

"Slaviya"nın baş məşqçisi Yindrix Trpişovski Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda sabah Bakıda “Sabah”a qarşı keçirəcəkləri oyun barədə danışıb.

Sportline.az xəbər verir ki, mütəxəssis matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Zədəli futbolçuların durumu necədir?

- Bəzi futbolçuların müəyyən problemləri var idi. Hansı oyunçuların meydana çıxa bilməyəcəyini bilirik. Belə futbolçularımızın olmasından məmnunuq. Mövcud çatışmazlıqları aradan qaldıra bildik.

- “Sabah” haqqında nə deyə bilərsiniz?

- “Sabah”ı oyun üslubuna görə “Barselona” ilə müqayisə edərdim. Komanda 4-3-3 sxemi ilə oynayır, daha çox hücuma üstünlük verir və topa nəzarət etməyə çalışır. Futbolçular fərdi keyfiyyətləri ilə seçilirlər. “Mançester Yunayted”lə görüşdə də bir neçə qol imkanı yaratdılar. Həmin matçda yaxşı nəticə qazana bilərdilər. “Sabah” ardıcıl hücumlar təşkil edən komandadır. Hücumçuların fərdi keyfiyyəti isə belə oyunlarda həlledici amillərdən biridir.

- “Slovan”ın baş məşqçisi olduğunuz vaxt Avropa Liqasında “Qarabağ”la qarşılaşmışdınız. Ötən illər ərzində həm karyeranızda, həm də Azərbaycan futbolunda nələrin dəyişdiyini düşünürsünüz?

- Azərbaycana ikinci dəfədir gəlirəm. İlk səfərim 10 il əvvəl olmuşdu. Sabahkı oyun da əvvəlki qarşılaşmaya bənzəyəcək. Şəhərdə böyük dəyişikliklər var. Karyeramda da çox şey dəyişib. “Slaviya”nın baş məşqçisi oldum və komanda ilə uğurlu nəticələr qazanırıq. Bir çox məsələlər dəyişib, ətrafımdakı insanlar da fərqlidir.

- Bir çox təhlillərə görə, oyunun favoriti sizsiniz. Bu barədə nə düşünürsünüz?

- Dörd-beş il əvvəl Balkanlarda olmuşam. Onlar çox tanınmış komanda olmasa da, yaxşı futbol oynayır. Bu qarşılaşma bizim üçün böyük təcrübə olacaq. İnanırıq ki, azarkeşlərimiz də bizə güvənir.

Qeyd edək ki, “Sabah” - “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakıda keçiriləcək və saat 20:45-də start götürəcək.