“Mən titullarımı qazanmışam və meydanda nə etdiyimizi bilirəm”

İtaliyanın “İnter” klubunun müdafiəçisi Manuel Akanji sabiq komandası “Mançester Siti” ətrafında yaranan maliyyə qalmaqalı barədə danışıb. 

Sportline.az xəbər verir ki, isveçrəli futbolçu bu məsələnin hazırkı diqqət mərkəzində olmadığını bildirib.

“Mən baş verənlərdən o qədər də narahat deyiləm, diqqətimi “İnter” yönəltmişəm. Mən titullarımı qazanmışam və meydanda nə etdiyimizi bilirəm”, – deyə müdafiəçi vurğulayıb. Akanji Çempionlar Liqasında qarşılaşacaqları “Brügge” ilə oyunun onlar üçün vacib olduğunu söyləyib.

O, əsas məqsədlərinin turnirin liqa mərhələsini ilk səkkizlikdə başa vurmaq olduğunu qeyd edib. Futbolçu “İnter”də özünü yaxşı hiss etdiyini və komandası ilə Avropada mümkün qədər irəli getmək istədiyini də əlavə edib.