"Qalatasaray" "Barselona" ilə üz-üzə gələcək
UEFA Çempionlar Liqasının liqa mərhələsində 2-ci tura start verilir.
Sportline.az xəbər verir ki, "Qalatasaray" "Rams Park"da "Barselona" ilə üz-üzə gələcək.
İstanbul klubunda Vilfred Sinqonun oynayıb oynamayacağı sual altındadır.
Kataloniya təmsilçisində isə itkilərin sayı çoxdur. Rafinya, Frenki de Yonq, Roni Bardci və Andreas Kristense baş məşqçi Hansi Flikin sərəncamında olmayacaq.
Qeyd edək ki, "Qalatasaray" - "Barselona" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Oyunun ədalət təmsilçisi italiyalı Mark Quida olacaq.