"Real Madrid" yoxsa "Barselona"?

“Barselona” və “Real”ın skautları “Mançester Siti”nin hücumçusu Erlinq Haalandın çıxışını izləyiblər.

Sportline.az xəbər verir ki, nümayəndələr “Liverpul”la oyunda norveçli futbolçu ilə yanaşı daha üç oyunçunu da diqqətdə saxlayıblar. Haalandın adı son günlər mümkün transfer müzakirələrində daha çox hallanır.

Bununla belə, onun İngiltərə klubundan ayrılacağına dair rəsmi məlumat yoxdur.

İspaniya nəhənglərinin futbolçuya marağı barədə yayılan xəbərlər hələlik skaut müşahidələri səviyyəsindədir.