Barkola Premyer Liqada çətinlik çəkir
“Liverpul”un yeni transferi Bredli Barkola İngiltərə futboluna uyğunlaşmaqda çətinlik çəkdiyini etiraf edib.
Sportline.az xəbər verir ki, Fransa millisinin üzvü “Mançester Siti” ilə qarşılaşmadan sonra Premyer Liqanın yüksək intensivliyinə diqqət çəkib. O, İngiltərədə oyunların daha sürətli və fiziki baxımdan tələbkar olduğunu bildirib.
“Burada qaçış baxımından fiziki mübarizə daha çoxdur. Oyunlar bir qapıdan digərinə sürətlə keçir. İntensivlik çox yüksəkdir, amma mən də məhz bu yeni çağırışa görə buraya gəlmişəm”, – deyə Barcola vurğulayıb.
24 yaşlı futbolçu hələlik yeni komandasında qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.