Keyn "Bavariya"da qalacaq
"Bavariya"nın futbolçusu Harri Keyn klubla yeni müqavilə imzalayacaq.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Kristian Folk məlumat yayıb.
33 yaşlı forvardın hazır ki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, H.Keynin dəyəri 60 milyon avrodur.