Konte "Mançester Yunayted"də?
“Mançester Yunayted”in baş məşqçi postuna Antonio Konteyi gətirmək ehtimalı gündəmə gəlib.
Sportline.az xəbər verir ki, İngiltərə klubu Maykl Kerriklə yollarını ayıraraq təcrübəli mütəxəssisi komandaya dəvət edə bilər. “Yunayted” cari mövsümdə Premyer Liqanın ilk altı oyununda cəmi bir qələbə qazanıb.
Konte isə açıqlamasında böyük klubların tarixlərinə uyğun hədəflər müəyyənləşdirməli olduğunu vurğulayıb.
“Belə klublara gedəndə məqsəd sadəcə iştirak etmək deyil, mübarizə aparmaq olmalıdır”, – deyə italiyalı mütəxəssis bildirib.
Hələlik tərəflər arasında razılaşma rəsmən təsdiqlənməyib.