"Atletiko Madrid" "Mançester Yunayted"ə qarşı

UEFA Çempionlar Liqasında 2-ci tura start verilir.

Sportline.az xəbər verir ki, "Atletiko Madrid" "Vanda Metropolitano" stadionunda "Mançester Yunayted"lə üz-üzə gələcək.

Dieqo Simionenin komandasını görüşə optimal heyətlə çıxacaq. "Qırmızı şeytanlar"da isə itkilərin sayı kifayət qədərdir. Patrik Dorqu, Benyamin Şeşko, Tom Hitin, Manuel Uqarte və Matyas De Lixt zədədən əziyyət çəkir.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək görüşü isveçli Qlen Niberq idarə edəcək.