Kuansa ilə Avropa nəhəngləri yaxından maraqlanır
İngiltərə millisinin müdafiəçisi Karell Kuansa bir neçə nəhəng klubun maraq dairəsinə düşüb.
Sportline.az xəbər verir ki, “Bayer”də çıxış edən futbolçu ilə “Liverpul”, “Arsenal”, “Çelsi” və “Real Madrid”in maraqlandığı bildirilir. Kuansa 2025-ci ildə 30 milyon funt-sterlinq qarşılığında “Liverpul”dan Almaniya klubuna keçib.
Müdafiəçinin həm mərkəzdə, həm də sağ cinahda oynamaq bacarığı onun transfer dəyərini artırır. “Liverpul”un müqavilədə futbolçunu geri almaq üçün təxminən 59,5 milyon funt-sterlinqlik bəndinin olduğu qeyd edilir.
Bu səbəbdən İngiltərə klubunun gələcək transfer mübarizəsində üstün mövqedə ola biləcəyi vurğulanır.