FİFA referilərimiz yeni təyinat alıblar

Azərbaycanlı FİFA referiləri Elçin Məsiyev və Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıblar.

Sportline.az xəbər verir ki, onlar UEFA Avropa Liqasının Liqa mərhələsində bacarıqlarını göstərəcəklər. 

Elçin Məsiyev “Çelye” (Sloveniya) – “Omoniya” (Kipr) matçını idarə edəcək. Ona yan xətt hakimləri kimi Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Farid Hacıyev dördüncü hakim, Nicat İsmayıllı isə VAR hakiminin köməkçisi (AVAR) funksiyasını yerinə yetirəcək. VAR hakimi italiyalı Luka Payeretto olacaq.

NEC (Niderland) - “Levski” (Bolqarıstan) qarşılaşması isə Əliyar Ağayevə tapşırılıb. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. İnqilab Məmmədov dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi isə xorvatiyalı İvan Bebek təyin edilib.

Hər iki görüş oktyabrın 15-də keçiriləcək.