"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Azərbaycan 2-ci liqasında “Ayın qolu” layihəsini qalibi mükafatlandırılıb.
Sportline.az xəbər verir ki, sentyabr ayının ən yaxşı qolunun müəllifi olan “Dinamo”nun üzvü Elvin Cahangirli 7-ci turda “Kür-Araz”la qarşılaşmadan əvvəl mükafatını alıb.
Mükfatı ona Peşəkar Futbol Liqasının Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.