Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında final görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşıb.
Görüş Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Qadjiyev gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) qızıl, sərbəst güləşçilərdən isə Kənan Heybətov (70 kq) və İslam İlyasov (97 kq) bürünc medal qazanıb.
Qadın güləşçilərdən Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.