Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kuboku üçün növbəti məşqinə çıxıb.

Sportline.az xəbər verir ki, hazırlıq mətbuat üçün açıq olub.

Məşqə yığmanın yarışda iştirak edəcək bütün üzvləri qatılıb.

Qeyd edək ki, Bakı İdman Sarayındakı Dünya Kuboku 5-6 noyabrda olacaq.