Azərbaycan millisi Gürcüstana uduzdu
Bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Tbilisi şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci yoldaşlıq oyunu keçirib.
SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma rəqibin 10:3 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın heyətində Kənan Əsədli və Rauf Rüstəmov fərqlənib. Bir dəfə isə avtoqol qeydə alınıb.
Bu komandalar arasında dünən keçirilmiş oyunda yığmamız 3:2 hesablı qələbə qazanmışdı.