"Fənərbağça"dan ayrıldı

İngiltərənin “Koventri” klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Türkiyənin “Fənərbağça” klubundan Sidiki Şerifi heyətinə qatıb.

19 yaşlı hücumçunun transfer məbləğinin 24,5 milyon avro olduğu bildirilir.

İngiltərə mətbuatında Şerifin “Koventri” ilə 5 illik müqavilə barədə razılığa gəldiyi qeyd olunur.

Qeyd edək ki, “Fənərbağça” Şerifi 2026-cı ilin fevralında Fransanın “Anje” klubundan icarə və məcburi satınalma şərti ilə heyətinə qatmışdı.