“Liverpul”un ulduzu ehtiyatda qala bilər
"Liverpul”un yarımmüdafiəçisi Florian Virtz son çıxışlarına görə tənqidlərin hədəfinə çevrilib.
Sportline.az xəbər verir ki, sabiq futbolçu və ekspert Ceymi Karrager almaniyalı oyunçunun “Mançester Siti” ilə qarşılaşmada komandasına kifayət qədər fayda vermədiyini düşünür.
Karragerin fikrincə, Virtz bir müddət start heyətindən kənarda qala bilər. Daniel Starriclə müzakirəsində də futbolçunun qol və məhsuldar ötürmə göstəricilərinin zəifliyi gündəmə gətirilib.
Bununla belə, Virtzin yeni komandaya uyğunlaşması üçün vaxta ehtiyacı olduğu barədə əks fikirlər də var. Baş məşqçinin növbəti oyunda hansı qərarı verəcəyi maraqla gözlənilir.