“Mançester Siti”yə ağır cəza təklif edildi

"Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxel “Mançester Siti” ilə bağlı maliyyə qaydalarının pozulması işində sərt cəza tətbiq edilməsini istəyib. 

Sportline.az xəbər verir ki, keçmiş danimarkalı futbolçu klubun mümkün sanksiyaları ilə bağlı müzakirələrdə 125 xalın silinməsi variantını gündəmə gətirib. “Siti”nin maliyyə qaydaları ilə bağlı işi İngiltərə futbolunda müzakirə mövzusu olaraq qalır.

Belə bir cəza tətbiq olunarsa, klubun çempionatdakı mövqeyinə ciddi təsir göstərə bilər. 

Ancaq Şmeyxelin təklifi rəsmi qərar deyil və klubun yekun cəzası kimi təqdim edilə bilməz.