Poqba "Monako"dan ayrıldı
Fransa millisinin sabiq futbolçusu Pol Poqba ilə “Monako” arasında müqaviləyə xitam verilib.
Sportline.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi ötən yay dopinq cəzasını başa vurduqdan sonra azad agent kimi “Monako”ya keçmişdi.
Tərəflər arasında müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulmuşdu.