Azərbaycan millisinin məşqçisi vəfat edib

Qadın güləşi üzrə Azərbaycan milli komandasının məşqçisi Həsrət Məmmədyarov vəfat edib.

Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. O, 2008-ci ildən əvvəlcə sərbəst güləş, daha sonra qadın güləşi üzrə müxtəlif yaş qrupları üzrə milli komandalarımızda məşqçi kimi fəaliyyət göstərib. Onun uzun illər davam edən məşqçilik fəaliyyəti ərzində Azərbaycan güləşçiləri dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında müxtəlif əyarlı medallar qazanıblar.

Həsrət Məmmədyarov səmərəli fəaliyyətinə görə “Əməkdar məşqçi” fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!