Azərbaycan Polşa ilə üz-üzə

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2021-in seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, D qrupunda mübarizə aparan mill 4-cü tur çərçivəsində Polşa seçməsini qəbul edəcək. 

"ASK Arena"dakı görüş saat 18:00-da başlanacaq.

Qeyd edək ki, komandamız qrupda keçirdiyi oyunlarda İspaniya və Çexiyaya 0:4, Belarusa isə 1:3 hesabı ilə məğlub olub.

AVRO-2021

Seçmə mərhələ, IV tur

D qrupu

11 mart

18:00. Azərbaycan - Polşa

Baş hakim: Kristiana Mariana

Yan xətt hakimləri: Petruta Luqulesku, Daniela Konstantinesku

Dördüncü hakim: Luliana Demetresku (hakimlər briqadası Rumıniyadandır)

UEFA nümayəndəsi: Marta Atsori (İtaliya)

İspaniya 3 2 1 0 9 1 8 7
Çexiya 3 2 0 1 12 5 7 6
Polşa 2 1 1 0 5 0 5 4
Moldova 3 1 0
  2 3 13 -10 3
Azərbaycan 3 0 0 3 1 11 -10 0