Azərbaycan seçməsi I divizion klubunu məğlub etdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Bakıda keçirilən seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində “Səbail” klubu ilə qarşılaşıb.

I divizion təmsilçisi ilə matç yığmamızın qələbəsi ilə başa çatıb - 3:1. Millinin heyətində Bahadur Həziyev, İbrahim Əliyev  və Ceyhun Muxtarlı fərqlənib.

Banner