Azərbaycan - Türkiyə görüşü də təxirə salındı
Mayın 26-da Alanyada keçirilməsi planlaşdırılan Türkiyə və Azərbaycan millilərinin yoldaşlıq oyunu təxirə salınıb.
Sportline.az xəbər verir ki, buna UEFA-nın federasiyalara koronavirus təhlükəsi iləl bağlı verdiyi tapşırıq səbəb olub.
UEFA-nın klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında oyunları (yoldaşlıq görüşləri daxil olmaqla) növbəti qərar qəbul olunana qədər təxirə salınıb.
Qeyd edək ki, millimizin martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta ilə keçirəcəyi yoldaşlıq oyunları ləğv olunmuşdu.