Azərbaycanın daha 2 qadın güləşçisi mübarizəyə qoşulur

Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün Azərbaycanın son iki qadın güləşçisi mübarizəyə qoşulacaq.

Elnurə Məmmədova (53) 1/16 finalda rumıniyalı Andre Ana ilə üz-üzə gələcək.

Elis Manolova (62) isə təsnifatda venesuelalı Natali Errera ilə qarşılaşacaq.

Qeyd edək ki, qadın güləşçilərdən Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq) və Birgül Soltanova (65 kq) mundialı uğursuz başa vurublar.