Azərbaycanın daha bir güləşçisi İslamiadada qızıl medal qazanıb
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Turan Bayramov final görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 74 kq çəki dərəcəsində rəqib iranlı Məhəmmədsadıq Firuzpur olub. Görüş Bayramovun qələbəsi ilə yekunlaşıb -2:1.
Bununla da Azərbaycan İslamiadada güləş növündə dördüncü medalını qazanıb. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçi Hacı Əliyev (65 kq) qızıl, Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub.