Azərbaycanın dünya çempionatında iştirak edəcək güləşçiləri
Avqustun 14-dən 20-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı keçiriləcək.
Sportline.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, yarışın ilk günlərində sərbəst güləş üzrə mübarizə olacaq. Ruslan Abdullayev (57 kq),Musa Ağayev (61 kq), Ramik Heybətov (65 kq),Mircavad Nəbiyev (70 kq), Elxan Qarayev (74 kq), Ali Tsokayev (79 kq), Təbriz Bayramov (86 kq),Rəvan Musayev (92 kq), Zəfər Əliyev (97 kq) və Yusif Dursunov (125 kq) ölkəmizi dünya çempionatında təmsil edəcək.
Daha sonra estafet qadın güləşçilərə keçəcək. Turnirdə Elvina Kərimzadə (50 kq), Gültəkin Şirinova (53 kq)və Əsmər Cankurtaran (55 kq) yerinə .qüvvəsini sınayacaq
Çempionata yunan-Roma güləşçilərinin çıxışıyla yekun vurulacaq. Yarışda Azərbaycanın 9 güləşçi xalçaya çıxacaq. Fərid Sadıxlı (55 kq),İlkin Qurbanov (60 kq),Fəraim Mustafayev (63 kq), Kənan Abdullazadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq) və Məzaim Mərdanov (130 kq) Ammanda mübarizə aparacaq.
Dünya çempionatında beynəlxalq dərəcəli hakim Kamran Əliyev ədaləti qoruyacaq.