Azərbaycanın güllə atıcısı Qran-prinin qalibi oldu

Azərbaycanın güllə atıcılığı üzrə paralimpiya yığmasının üzvü Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Qran-Pridə qızıl medal qazanıb.

Sportline.az xəbər verir ki, o, 10 metr məsafəyə atışda bütün rəqiblərini üstələyib.

Qeyd edək ki, Kamran Zeynalov daha əvvəl "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.