Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 82 kq-da yer alan idmançı almaniyalı Roland Şvartsla üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Hüseynov 5-ci yerlə kifayətlənib.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 6 medalla başa vurub. Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Avropa çempionu olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.