Bakıda atıcılıq üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda təşkil olunan atıcılıq üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, tədbirdə Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının rəsmiləri və Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov iştirak edib.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edib.