Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb

Bakıda keçirilən Dünya Kubokunda 10 m məsafəyə tapança atıcılığı növündə final yarışı başa çatıb.

Sportline.az xəbər verir ki, finalın qalibi serbiyalı Damir Mikeç olub. Bolqarıstanlı Kaloyan Stamenov gümüş, almaniyalı Maykl Şvald bürünc medal qazanıb.

10 m tüfəng atıcılığı üzrə kişilər arasında yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb. Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub.

10 m tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub.

10 m tapança atıcılığı üzrə qadınlar arasında finalın qalibi polşalı atlet Klaudia Bres olub. Fransalı Kamilla Yedrjeyevski gümüş, bolqarıstanlı Antuaneta Kostadinova bürünc medala yiyələniblər.