Bakıda BOK-un təsis olunması ilə bağlı "Olimpiya günü" tədbiri keçiriləcək
Bakıda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 131-ci ildönümünə həsr olunmuş "Olimpiya günü" tədbiri təşkil olunacaq.
Bu barədə Sportline.az-a Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) məlumat verilib.
Tədbir MOK-un təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, TƏBİB-in, Bakı Şəhər Baş Polis İdarəsinin, Azərbaycan Kəndirlə Mübarizə və Atletika Federasiyalarının dəstəy ilə gerçəkləşəcək.
Qeyd edək ki, "Olimpiya günü" tədbiri oktyabrın 18-də baş tutacaq.