Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023”ün ilk mükafatçıları bəlli olub

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023”ün ilk mükafatçıları bəlli olub.

Sportline.az xəbər verir ki, ilk olaraq kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib.

8 idmançının medallar uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Robin Valter tutub. O, mərhələni 217.6 xalla başa vurub.

Gümüş medalı Ukrayna təmsilçisi Oleq Omelçuk əldə edib. O, 239.8 xal qazanıb.

Yarışın qalibi isə iranlı Sajad Purhüseyni olub. 240.2 xal toplayan idmançı rəqibini 0.4 xal qabaqlaya bilib.

Azərbaycan təmsilçisi Ruslan Lunyov bu yarışa qatılsa da, finala yüksələ bilməyib.

Qeyd edək ki, bu gün, həmçinin, qadınlar arasında da 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın qalibi bəlli olacaq.