Balebanın transfer qiyməti bilindi

"Brayton"un yarımmüdafiəçisi Karlos Belabanın transfer qiyməti bəlli olub.

Sportline.az xəbər verir ki, İngiltərə klubu 22 yaşlı futbolçu üçün 100 milyon avro tələb edir.

"Team Talk"un yaydığı məlumata görə, "Mançester Yunayted", "Çelsi", "Tottenhem", PSJ və "Nyukasl Yunayted" sözügedən oyunçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, K.Baleba cari mövsüm 24 rəsmi matçda iştirak edib, məhsuldarlıq göstəricisi yoxdur.