Balotelli "Milan"a qələbə qazandırdı

İtaliya kubokunda yarımfinal mərhələsinin görüşləri start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Yarışın favoritlərindən "Milan" "Alessandriya"nın qonağı olub. Matçın taleyini bir qol həll edib. Balotelli penaltidən komandasına qələbə qazandırıb.

Bu komandalar arasında cavab qarşılaşması martın 1-də keçiriləcək.

26 yanvar 2016
İtaliya kuboku, 1/2 final (İlk oyun)


"Alessandriya" - "Milan" - 0:1
Qol:
 Balotelli, 43-pen (0:1)