“Barselona” – “Atletiko Madrid” matçı Mayamidə keçirilə bilər

İspaniya Çempionatının 18-ci turuna nəzərdə tutulmuş “Barselona” – “Atletiko Madrid” görüşünün Amerikada keçiriləcəyi bildirilir.

Sportline.az “El Pais” saytına istinadən xəbər verir ki, La Liqa prezidenti Xaviyer Tebas bu görüşün Mayami şəhərində olmasını istəyib.

“Barselona” və “Atletiko Madrid” rəhbərliyi isə bu fikrə müsbət yanaşmır.

Qeyd edək ki, “Barselona” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Atletiko” isə 20 xalla 3-cü pillədə qərarlaşır.