“Barselona” brazilyalı futbolçusu ilə yollarını ayıra bilər
“Barselona”nın brazilyalı futbolçusu Rafinya karyerasını Ərəbistanda davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Əl-İttihad" klubu Rafinya üçün "Barselona"ya 90 milyon avro ödəməyə hazırdır. "Barselona"nın rəhbərliyi bu təklifi dəyərləndirəcək.
Rafinya isə "Barselona"da xoşbəxtdir. Oyunçunun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rafinya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 16 qol və 8 asistlə yadda qalıb.