“Barselona” Frenki De Yonqu satmaq istəyir
“Barselona” klubunun rəhbərliyi niderlandlı futbolçu Frenki De Yonqu satmaq qərarına gəlib.
Sportline.az futbol jurnalisti Alfredo Martinezin məlumatına istinadən xəbər verir ki, “Barselona” Frenki De Yonqu satışa çıxarıb.
Klub Frenki De Yonqun satışından 65 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, De Yonqun “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.