"Barselona" - "Napoli" görüşü ilə bağlı qərar

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" - "Napoli" görüşü də azarkeşsiz keçiriləcək.

Sportline.az  xəbər verir ki, bununla bağlı "Barselona" klubunun rəhbərliyi qərar qəbul edib. Koronavirusun yayılmasının qarşısının almaq məqsədi ilə bu matçın azarkeşsiz keçiriləcəyi  bildirilib.

Məlumat klubun nümayəndəsi Jerar Figueras təsdiqləyib.

Qeyd edək ki, "Barselona" - "Napoli" görüşü martın 18-də olacaq. İlk oyun 1:1 hesabı ilə nəticələnmişdi.