"Barselona" "Real"ın futbolçusunu hədəfləyib

“Barselona” klubu  Madrid “Real”ının futbolçusu İskonun “ovuna çıxıb”. SportLine.az xəbər verir ki, katoloniyalılar 2018-ci ildə madridlilərlə müqaviləsi başa çatan yarımmüdafiəçini sıralarına qatmaq niyyətindədirlər. “Real” rəhbərliyi isə onu İngiltərə klublarından birinə satmağı düşünür. Qeyd edək ki, İsko 2016-17 mövsümündə 9 oyuna 2 qol vurub.