"Barselona" ulduz futbolçu ilə bağlı qərar verdi

“Barselona”  klubu Antuan Qrizmannı heyətdə saxlayacaq.

Sportline.az xəbər verir ki, kataloniyalılar fransalı futbolçuya daha bir il şans verəcəklər.

Xəbərdə “Barselona”nın PSJ-nin hücumçusu Neymarı almaq niyyətində olmadığı da qeyd olunub.

Xatırladaq ki, İspaniya mətbuatı Qrizmannın istənilən oyunu sərgiləmədiyi üçün göndəriləcəyini yazmışdı.