"Barselona"da 5 illik müqavilə

“Barselona” qapıçısı Mark-Andre ter Ştegenlə müqavilənin müddətini uzatmaq istəyir.

Sportline.az “Mundo Deportivo”ya istinadən yazır ki, klubun idman direktoru Erik Abidal futbolçunun agenti Herf fon Bruhla danışıqlarda irəliləyişə nail olub. Kataloniya təmsilçisi 27 yaşlı qapıçıya maaşını artırmaqla 4-5 illik yeni müqavilə təklif edib.

Qeyd edək ki, tərəflər arasında 2017-ci ildə imzalanan hazırkı müqavilənin müddəti 2022-ci ilin iyununda başa çatır.