"Barselona"dan Vlahoviç həmləsi
"Barselona" yayda Robert Levandovski ilə yollarını ayıracaq.
Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisinin əsas hədəfi "Yuventus"un forvardı Duşan Vlahoviçi transfer etməkdir.
Bu haqda "E-Noticies" nəşri məlumat yayıb.
Qeyd edək ki, D.Vlahoviçin transfer qiyməti 40 milyon avrodur.
O, cari mövsüm meydana çıxdığı 15 matçda 7 qol, 1 məhsuldar ötürmə müəllifi olub.