"Barselona"nın gözü "Yuventus"un futbolçusunun üzərindədir
“Barselona” Levandovskidən sonrakı dövr üçün Vlahoviçi hədəfə götürdü.
Sportline.az xəbər verir ki, “Barselona” gələcək hücum xətti planlamasında yeni ad üzərində dayanıb. "Fichajes" nəşri yazır ki, katalon klubunun transfer siyahısına “Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviç daxil edilib.
27 yaşlı Robert Levandovskiyə alternativ axtaran “Barselona” rəhbərliyi Vlahoviçi uyğun namizəd kimi görür. Forvardın transfer qiymətinin münasib olması bu seçimi daha da real edir. Həmçinin məlumatda bildirilir ki, serbiyalı hücumçu 2026-cı ildə azad agent statusu ilə də “Barselona”ya qoşula bilər.