"Barselona" onları itirdi

“Barselona” Çempionlar Liqasının 1/8 finalında, “Napoli” ilə "Nou Kamp"da keçiriləcək cavab oyununa ciddi itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, komandanın aparıcı üzvləri Serxio Buskets və Arturo Vidal bu görüşü kənardan izləyəcək.

Hər iki futbolçu cəzalı durumdadır. Vidal ötən gecə keçirilən ilk görüşdə qırmızı vərəqə alıbsa, Buskets sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, komandalar arasında ilk oyun 1:1 hesabı ilə nəticələnib. Cavab qarşılaşması martın 17-də olacaq.