"Barselona" klubu baş məşqçi ilə yollarını ayırıb
"Barselona" basketbol komandası baş məşqçi Roger Qrimau ilə yol ayrılığına gəlib.
Sportline.az Marca.com-a istinadla xəbər verir ki, klub rəhbərliyi bu gün keçirilən iclasda 45 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.
İspaniyalı çalışdırıcı 2023-cü ilin yayından komandaya rəhbərlik edirdi.
Qeyd edək ki, "Barselana" Avroliqanın "Final Four" mərhələsində "Olimpiakos"a məğlub olaraq mübarizəni dayandırmışdı.Katalonlar İspaniya Liqasının yarımfinalında isə "Real Madrid"ə məğlub olaraq final şanslarını itirmişdilər.