"Başakşəhər"in oyunu ilə bağlı qərar

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) oyunu azarkeşsiz keçiriləcək.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fanatlar martın 19-da Kopenhagendə olacaq görüşü koronavirus səbəbindən stadiondan canlı izləyə bilməyəcəklər. Virusun yayılmasının qarşısını almaq məqsədilə bu addımın atıldığı bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Valensiya"sı ilə İtaliya "Atalanta"sı arasındakı cavab oyunu, həmçinin Avropa Liqasının 1/8 final mərhələsinin "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) görüşü də eyni səbəbdən azarkeşsiz baş tutacaq. 

Xatırladaq ki, Danimarkada koronavirusa 21 yoluxma halı aşkar olunub.